İqtisadi İnkişafı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sərginin üç pavilyonunda ölkənin sənaye, energetika, İKT, kənd təsərrüfatı, sahibkarlıq, regionların sosial-iqtisadi inkişafı, nəqliyyat, turizm, fövqəladə hallar, şəhərsalma, səhiyyə, elm və təhsil, mədəniyyət, gənclər və idman, ekologiya, su və kanalizasiya və digər sahələrdə qazandığı nailiyyətlər, eləcə də müxtəlif kənd təsərrüfatı və sənaye məhsulları nümayiş olunacaq.
Sərgi çərçivəsində müxtəlif dövlət qurumlarının günlərinin keçirilməsi də nəzərdə tutulur. İlk belə tədbir sentyabrın 17-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.
«Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası» sərgisi oktyabrın 15-dək davam edəcək.