Bu ilin yanvar ayında Bakıda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 216,8 mln. manat olub.
Bakı şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, əvvəlki ilin yanvar ayı ilə müqayisədə sabit qiymətlərlə 1,2% azalıb.
Neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 6,2% azalaraq 18,1 min ton, ağ neftin istehsalı 11,7% azalaraq 48,5 min ton təşkil edib. Yanvarda Bakıda yanacaq mazutunun istehsalı isə 30,1% azalaraq 4,1 min toln olub
Belə ki, ötən ay paytaxta avtomobil benzinin istehsalı 0,5% artaraq 109,1 min ton, dizel yanacağının istehsalı 2,4% artaraq 167,8 min ton, sürtkü yağlarının istehsalı 21,4% artaraq 1,7 min ton olub.
Bu müddət ərzində neft bitumunun istehsalı 2,4 dəfə artaraq 25,5 min ton, neft koksunun istehsalı isə 62,3% artaraq 21,1 min ton təşkil edib.