Bank Of Baku

Bakıda inşa olunacaq yeni avtomobil yolunun layihələndirilməsi başa çatıb

Bakıda inşa olunacaq yeni avtomobil yolunun layihələndirilməsi başa çatıb
# 13 iyun 2013 10:18 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

 

Bakı və Bakıətrafı ərazilərdə həyata keçirilən yol-nəqliyyat layihələri barədə məlumat verən nazir müavini qeyd edib ki, bir qədər əvvəl Buzovna-Mərdəkan-Qala yolunun bir hissəsi işə düşüb. Hazırda bu layihənin davamı başlanıb - Qaladan Zığ-Hava limanı beton yoluna qədər çəkilən avtomobil yolunun tikintisi yekunlaşıb və bu yaxınlarda istismara hazır olacaq. Eyni zamanda, Qala qəsəbəsindən Pirallahıya qədər olan yolun yenidən qurulması, Bilgəh-Pirşağı və Bakı-Quba yolu istiqamətində işlər davam etdirilir. Bu yolun 16 km-dən artıq hissəsi artıq hazırdır.

 

Bundan başqa, Bakı şəhəri daxilində yolların yenidən qurulması və yol bağlantılarının tikintisi gedir – Z.Bünyadov prospekti üzərində 4 yeni yol bağlantısı tikilir və ilin sonunadək bu işlər yekunlaşacaq. Həmçinin, Bayraq Meydanı yolunun davamı və oradan Bibiheybət məscidinədək yeni yolun tikintisi və s. nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR