Bank Of Baku

Bakıda kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış və icarə qiymətləri artıb

Bakıda kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış və icarə qiymətləri artıb
# 03 iyul 2013 13:41 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. May ayı ərzində Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış və icarə qiymətlərində nisbi artım müşahidə edilib.

 

«APA-Economics»in məlumatına görə, «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin monitorinq qrupu tərəfindən aparılan bazar araşdırmalarına əsasən, may ayında bazara çıxarılan qeyri-yaşayış sahələri əvvəlki ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası aprel ayına nisbətən 2,2% artıb.

 

«Bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 1,4% azalıb. Təklif qiymətlərinin nisbi artımı və bazarın bu seqmenti üzrə dinamikanın artımı, ekspozisiya müddətinin 0,3% azalması ilə müşahidə olunub. Qeyri-yaşayış sahələri üzrə risk dərəcəsinin azalması müşahidə olunur. Buna səbəb bazarın bu seqmenti üzrə gəlirlik əmsalının icarə qiymətlərinə müvafiq olaraq möhkəmlənməsi göstərilir», - deyə Birliyin məlumatında bildirilir.

 

May ayında Bakı şəhəri üzrə qiymət indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2%, ötən rübün müvafiq dövrünə nisbətdə isə 0,8% artıb. Əvvəlki aya nisbətən qiymət indeksi müvafiq olaraq 0,3% artıb, indeks 0,8 bənd artaraq 289,8 bəndində qərarlaşıb.

 

May ayı ərzində qeyri-yaşayış sahələri və icarə bazarlarında qiymətlərin nisbi artımı müşahidə olunub. Qeyri-yaşayış sahələrinin satış və icarə qiymətləri apreldə qeydə alınmış göstərici ilə müqayisədə müvafiq olaraq 0,3% və 0,4% artıb. Bakı şəhəri üzrə 1 kv. metr qeyri-yaşayış sahəsinin orta satış qiyməti (təklif üzrə) 2 930 dollardan 2 939 dollara yüksəlib. Aparılan araşdırmalara əsasən, ötən rüblə müqayisədə orta qiymətdə 0,9% artım müşahidə olunub. Qeyri-yaşayış sahələrinin qiymətlərinin ötən ilin müvafiq dövründə qeydə alınmış nəticə ilə qiymət fərqi 2,4% olub.

 

Bakı şəhərində qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə, qiymət artımı zonalar üzrə də özünü göstərib. Şəhərin bütün zonlarında orta qiymətdə nisbi artım müşahidə olunub. 

 

Ay ərzində qeyri-yaşayış sahələri bazarında ən çox qiymət artımı Nəsimi rayonunda (1,2%), ən çox qiymət azalması isə Sabunçu rayonunda (-0,9%) qeydə alınıb.

 

May ayı üçün bazarda qeyri-yaşayış sahələrinin 1 kv. metrinin orta qiymətindən (2 939 dollar) aşağı olan obyektlər ümumi portfeldə 52,8% paya malik olub.

 

Zonalar

May ayı üzrə

orta qiymət, $

Qiymət

dəyişməsi, %

I zona

4 940

0,2

II zona

3 592

0,6

III zona

2 159

0,5

IV zona

764

0,2

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR