Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
O, bildirib ki, başlanğıcını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində yerləşən 1-ci səviyyəli qovşaqdan götürməklə, Stend Atıcılığı İdman Kompleksinə qədər uzanacaq 1-ci texniki dərəcəli 4 zolaqlı avtomobil yolunun ümumi uzunluğu 1,4 km, eni isə 22 m təşkil edəcək.
“Layihə üzrə çiyinlərin eni 2,5 metr, ayrıcı zolağın eni isə 1 metr olacaq. Hazırda ərazidə torpaq qazma və torpaq tökmə işləri davam etdirilir. Müasir işıqlandırma sistemi ilə təchiz olunacaq yoldan yaxın gələcəkdə dairəvi avtomobil yoluna iki zolaqlı birləşmə də planlaşdırılır”, - deyə o qeyd edib.
Beləliklə, yeni tikilən avtomobil yolları Stend Atıcılıq Kompleksinə, eyni zamanda respublikanın şimal, şimal-qərb bölgələrindən gələn nəqliyyat vasitələrinin 20 Yanvar dairəsinə daxil olmadan, Bakı şəhərinə girişini təmin edəcək.