Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda “Ramada” mehmanxanasında Azərbaycan hökumətinin qlobal təşəbbüsü olan “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə üzrə 5-ci beynəlxalq seminar keçirilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə veriən məlumata görə, seminarda layihənin üzv-operatorları - Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “ChinaTelecom”, “Kaztranscom”, “Rostelecom” və “TurkTelekom” şirkətlərinin məsul işçiləri iştirak edirlər.
İclasda TASİM layihəsinin biznes modeli və strategiyası, Asiya-Avropa tranziti üzrə yaranan gəlirlər imkanı, Dünya Bankı tərəfindən təklif - üçüncü TASİM marşrutu, Trans-Xəzər sualtı kəmərinin çəkilişi və sair məsələlər müzakirə olunub.