Bank Of Baku

Bakıda yeni iri yaşayış kompleksi tikilir

Bakıda yeni iri yaşayış kompleksi tikilir
# 29 avqust 2013 12:42 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakıda şəhəri ərazisində yeni iri yaşayış kompleksinin inşasına başlanılıb. Paytaxtın Babək prospekti, 23/45-ci məhəllə ünvanında yerləşəcək bu kompleks 15 mərtəbəli 9 binadan ibarət olacaq. Binaların tikintisi mərhələli şəkildə aparılacaq və 20 ay ərzində davam edəcək.

 

Tikinti işlərinə nəzarət edən inşaat mühəndisi, icraçı Kamandar Qəhrəmanov «APA-Economics»ə açıqlamasında bildirib ki, yaşayış kompleksinin inşasını yerli «Ulu Göyçə» MTK öz maliyyə vəsaitləri hesabına aparır.

 

«Ümumilikdə 9 binadan ibarət olacaq bu yaşayış kompleksi 1,34 hektar sahədə tikilir. Binalardakı mənzillər 1, 2 və 3 otaqlı olacaq. Mənzillərin sahəsi isə 50-112 kv. metr arasında dəyişəcək. Kompleksdəki binaların hər birində 2 lift quraşdırılacaq, yeraltı avtomobil dayanacaqları, iri marketlər, uşaq meydançası tikiləcək, iri həyət sahəsi olacaq», - deyə K.Qəhrəmanov bildirib.

 

Qeyd edək ki, bu yaşayış kompleksindəki mənzillərin ilkin satış qiymətləri 700 manat/kv. metrdən başlayır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR