Bank Of Baku

Bakıda yeni LG məhsullarının təqdimat mərasimi keçirilib - FOTO

Bakıda yeni LG məhsullarının təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 02 iyul 2013 06:28 (UTC +04:00)

Bakı – APA-Economics.  Bakı şəhərində LG və «Bakond» şirkətlərinin birgə təşkil etdiyi təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində «LG Electronics» şirkətinin son texnoloji nailiyyətləri olan yeni «LG Smart» televizorları, «Door-in-Door» soyuducuları, «Direct Drive» mühərrikli paltaryuyan maşınları, yeni LG smartfonları, audio-video musiqi mərkəzləri təqdim olunub, tədbirə gələn qonaqlara və iştirakçılara bu məhsulların qeyri-adi funksiyaları barədə məlumat verilib.

 

«APA-Economics»in məlumatına görə, tədbiri giriş sözü ilə açan «Bakond» şirkətinin kommersiya direktoru İqbal Cabbarov «LG Electronics» və «Bakond» şirkətlərinin 17 ildən artıq davamlı əməkdaşlıq etdiyini və bu müddət ərzində bu əməkdaşlığın çox etibarlı və yaxın tərəfdaşlıq münasibətlərinə çevrildiyini qeyd edib.

 

Tədbirdə LG şirkətinin region üzrə prezidenti Di Vai Kimin başçılıq etdiyi nümayəndə heyəti ilə yanaşı, diler şirkətlərin nümayəndələri, özəl və dövlət təşkilatlarından dəvət olunmuş nümayəndələr, habelə KİV və digər qonaqlar iştirak edib.

 

LG şirkətinin region üzrə prezidenti Di Vai Kim «LG Electronics»in gələcək inkişaf perspektivlərindən, bu il üçün nəzərdə tutulmuş planlardan, habelə Azərbaycan bazarı və «Bakond» şirkəti ilə uğurlu əməkdaşlıq əlaqələrindən söz açıb.

 

Tədbirdə nümayiş olunan «Smart» televizorları, xüsusilə də 55 düyümlü «2013 Smart TV» modeli «Smart Home», «SmartShare» və inkişaf etdirilmiş «Magic Remote» funksiyaları sayəsində istifadəçilərin yüksək rahatlığını təmin edir. Təqdim olunmuş yeni nəsil «Door-in-Door» soyuducularının qeyri-adi və istifadəçilərin rahatlığını təmin etmək üçün hazırlanmış dizaynı və güclü mühərriki tədbir istifadəçilərinə nümayiş olunub. Tədbirdə «Six Motion» paltaryuyan maşınlarının da səciyyəvi xüsusiyyətlərindən danışılıb, müxtəlif istiqamətlərdə 6 növ yuma texnologiyası, «Direct-Drive» mühərriklərinin üstünlükləri izah edilib. Azərbaycan bazarında təqdim olunacaq yeni «LG Optimus G» mobil smartfonlarının üstün xüsusiyyətləri də iştirakçılara izah edilib.

 

Musiqili proqramla davam edən tədbirdə, iştirakçılar arasında lotereya oynanılıb və qaliblərə müxtəlif qiymətli hədiyyələr verilib, həmçinin yeni «LG Smart» televizorları, «LG Optimus G» mobil telefonları hədiyyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR