Bank Of Baku

Bakıdan Volqoqrada aviareys açılır

Bakıdan Volqoqrada aviareys açılır
# 06 iyul 2013 10:38 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Rusiyanın daha bir şəhərinə birbaşa aviareys açır.


AZAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin «APA-Economics»ə verdiyi məlumata görə, aviaşirkət uçuş coğrafiyasını mütəmadi olaraq genişləndirir: «İyulun sonu-avqustun əvvəlində AZAL Bakı-Volqoqrad marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. Uçuşlar aviaşirkətin yeni aldığı «Embraer-190» tipli avialayneri ilə yerinə yetiriləcək».


Qeyd edək ki, hazırda AZAL Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk, Rostov və Minvodı kimi şəhərlərinə birbaşa uçuşlar həyata keçirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR