Bank Of Baku

Bakının iki rayonunda yerləşən tullantı poliqonlarında reabilitasiya işlərinə başlanılıb

Bakının iki rayonunda yerləşən tullantı poliqonlarında reabilitasiya işlərinə başlanılıb
# 12 sentyabr 2013 14:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində Qaradağ və Suraxanı rayonlarının inzibati ərazisində yerləşən "Təmiz Şəhər" ASC-nin tabeçiliyindəki fəaliyyəti dayandırılmış iki tullantı poliqonunun reabilitasiya işlərinə başlanılıb.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə Türkiyənin "Gökşin İnşaat" şirkəti ilə müqavilə imzalanıb.

 

Hər iki poliqonda əvvəllər atılan tullantılar təmizlənərək torpağın hamarlanması işləri görüləcək, mühafizə bəndləri salınacaq, ərazi hasarlanacaq, daxili yollar və elektrik xətləri çəkiləcək, suvarma sistemi, bioqaz quyuları quraşdırılacaq və digər zəruri işlər həyata keçiriləcək.

 

Poliqonlarda həmçinin qaz, hava və su keçirməyən süni qatlar daxil olmaqla qazların və suların (o cümlədən çirkab sularının) toplanması və zərərsizləşdirilməsi üzrə örtük sisteminin quraşdırılması, o cümlədən mexaniki və elektrik qurğular vasitəsilə çirkab sularının toplanması sistemlərinin yaradılması nəzərdə tutulur. 2014-cü ilin yay aylarında başa çatdırılacaq reabilitasiya işlərindən sonra hər iki ərazi müxtəlif fəaliyyətlər üçün istifadə olunacaq. Reabilitasiya işlərinə texniki nəzarət Almaniyanın "Fichtner" şirkəti tərəfindən həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR