Bank Of Baku

Bakının mərkəzində bağlanmış yol iki gündən sonra açılacaq

Bakının mərkəzində bağlanmış yol iki gündən sonra açılacaq
# 08 iyun 2013 07:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bakının Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən İzmir prospekti ilə kəsişməsinədək avtomobillərin hərəkəti üçün məhdudlaşdırılan yol iki gündən sonra açılacaq.

 

Bu barədə "APA-Econimics"ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

 

Onun sözlərinə görə, sözügedən yolun 500 metri bağlanılıb və artıq bu yolda köhnə asfalt-beton örtüyü qaşınıb: “Hazırda yolda asfalt-beton örtüyünün birinci qatı vurulur, köhnə bordürlər yeni mərmər bordürlərlə əvəzlənir. Yaxın iki günə asfalt-beton örtüyünün ikinci qatı vurulacaq, bundan sonra yol avtomobil hərəkəti üçün açılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR