Bank Of Baku

Bakının mərkəzində təmirə bağlanmış avtomobil yolu yenidən açılıb

Bakının mərkəzində təmirə bağlanmış avtomobil yolu yenidən açılıb
# 12 iyun 2013 11:25 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakının Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən İzmir prospekti ilə kəsişməsinədək avtomobillərin hərəkəti üçün qoyulan məhdudiyyət aradan qaldırılıb. Bu barədə «APA-Econimics»ə «Azəryolservis» ASC-dən bildirilib.

 

ASC-dən verilən məlumata əsasən, sözügedən avtomobil yolunun 500 metri ötən həftə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinin aparılmasına görə bağlanmışdır. Artıq asfalt-beton örtüyü tam olaraq vurulub, yeni bordyurlar quraşdırılıb, yol-nişan xətləri çəkilib və yol bu gün saat 14:00 radələrində yenidən açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR