Bank Of Baku

Beynəlxalq ekspert: “Azərbaycanın tənzimləmə və standartlaşdırma sahəsi müasir tələblərə cavab verir”

Beynəlxalq ekspert: “Azərbaycanın tənzimləmə və standartlaşdırma sahəsi müasir tələblərə cavab verir”
# 05 iyul 2013 14:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında texniki tənzimləmə və standartlaşdırma sahəsində aparılan islahatlar: nailiyyətlər, prioritetlər, problemlər ” mövzusunda konfrans keçirilib.

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, konfransda çıxış edən komitənin Aparat rəhbərinin müavini Elçin Quliyev tədbirin əsas məqsədinin iştirakçılara ölkəmizdə fəal inkişafda olan texniki tənzimləmə və standartlaşdırma sisteminin beynəlxalq və Avropa Birliyinin tələblərinə uyğunlaşdırılması üçün həyata keçirilən islahatlar haqqında məlumat vermək, habelə bu mövzular ətrafında fikir mübadiləsi aparmaq olduğunu qeyd edib.

 

E.Quliyev bildirib ki, Komitə 65 İSO standartı, 13 Avropa standartı və qida təhlükəsizliyi sahəsində 8 Codex Alimentarius standartını milli standart kimi qəbul edib.

 

Standartlaşdırma üzrə beynəlxalq ekspert Filip Denqler isə qeyd edib ki, Azərbaycanda texniki tənzimləmə və standartlaşdırma sahəsinin müasir tələblər səviyyəsində inkişafı keyfiyyət amilinin yüksəldilməsini, ixrac imkanlarının artmasını və istehlakçı inamının formalaşmasını təmin edib.

 

Konfrans digər məruzələrlə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR