Bank Of Baku

Bilgəh-Novxanı-Şamaxı istiqamətində inşa olunan yeni yolda tikinti işləri intensivləşib - FOTO

Bilgəh-Novxanı-Şamaxı istiqamətində inşa olunan yeni yolda tikinti işləri intensivləşib - <span style="color: red;">FOTO
# 25 iyul 2014 13:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bilgəh-Novxanı-Şamaxı istiqamətində inşa olunan yeni yolda tikinti işləri intensivləşib. Yolun 32-34-cü km hissəsində hamarlayıcı qatın vurulması başa çatdırılıb. Nəqliyyat Nazirliyi  “Azəryolservis” ASC-dən “APA-Economics”ə daxil olan məlumatda belə deyilir.

 

Belə ki, həmin hissədə bu gün səhər saatlarından asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Saray qəsəbəsinə aid olan  2 km-dən artıq məsafədə 2 qat asfalt-beton örtüyünün döşənməsi yaxın 15 gün ərzində yekunlaşacaq. 

 

Bundan sonra  sözügedən yolun  Pirşağı qəsəbəsindən keçən 17-19-cu km hissəsində asfalt işlərinə start veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR