“Hazırda Bakı şəhəri üzrə 146 marşrut xətti var”.
“APA-Economics” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov deyib.
Onun sözlərin görə, marşrut xətləri üzrə aparılan optimallaşdırma nəticəsində onların sayı azalıb. “Bakı Nəqliyyat Agentliyi yarandığı vaxt 157 marşrut xəttinin olmasına baxmayaraq, üst-üstə düşən xətlər optimallaşdırılıb və hazırda bu xətlərin sayı 146-dır. Bu optimallaşdırma işləri davam etdirilir,” – deyə M Abbasov qeyd edib.
M. Abbasov əlavə edib ki, hazırda Bakıda 2168 ədəd avtobus var: “Bunların 79 ədədi istifadə müddəti 10 ilə qədər, 1577-si isə müddəti 5 ildən 10 ilə qədər olan avtobuslardır. Bu avtobusların hamısı birdən yenilənə bilməz. Mərhələli şəkildə bu avtobuslar yenilənəcək”.