Bank Of Baku

Böyük-Kəsik-Qardabani istiqamətində 5,7 km yolun əsaslı təmirinə başlanılıb

Böyük-Kəsik-Qardabani istiqamətində 5,7 km  yolun əsaslı təmirinə başlanılıb
# 12 mart 2018 11:27 (UTC +04:00)

Bu gündən etibarən Böyük Kəsik stansiyasında və Böyük-Kəsik-Qardabani istiqamətində 5,7 km  yolun əsaslı təmirinə başlanılıb.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Sevinc Qədirova "APA-Economics"ə bildirib ki, təmir işləri bir həftə  davam edəcək.

 

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

 

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 470 km dəmir yolu əsaslı təmir olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR