Bank Of Baku

Bu ay Mahaçqala-Bakı aviareysi açılacaq

Bu ay Mahaçqala-Bakı aviareysi açılacaq
# 11 iyun 2013 11:55 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. İyun ayıın ikinci yarısında Rusiyanın «Ak Bars Aero» aviaşirkəti Mahaçqala-Bakı marşrutu ilə birbaşa aviareyslərə başlayacaq.

 

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hazırda Mahaçqala Beynəlxalq Aeroportundan Moskva, Sankt-Peterburq, Yekaterinburq, Surqut, İstanbul, Dubay və Aktau şəhərlərinə uçuşlar yerinə yetirilir.

 

İyunun ikinci yarısından etibarən isə «Ak Bars Aero» aviaşirkəti Soçi, Minvodı və Bakı şəhərlərinə birbaşa uçuşlara start verəcək.

 

Qeyd edək ki, Mahaçqala-Bakı aviareysinə bir istiqamətdə aviabiletin minimal qiyməti 35 avro (uçuş vaxtı 40 dəqiqə), Mahaçqala-Minvodı üzrə 33 avro (uçuş vaxtı 40 dəqiqə), Mahaçqala-Soçi üzrə isə 40 avro (uçuş vaxtı 1 saat) təşkil edəcəyi gözlənilir.

 

Xatırladaq ki, hazırda «Ak Bars Aero» aviaşirkəti Nijnekamsk-Bakı marşrutu üzrə həftədə 1 dəfə uçuşlar yerinə yetirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR