Bank Of Baku

Bu gün Bakının Hövsan qəsəbəsinə, Yasamal və Səbail rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Bakının Hövsan qəsəbəsinə, Yasamal və Səbail rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq
# 06 iyun 2013 07:49 (UTC +04:00)

Bakı - APA-Economics. Bakı şəhərinin Yasamal rayonu ərazisində magistral su xətləri üzərində sayğacların quraşdırılması işləri  ilə əlaqədar bu gün paytaxtın Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

“Azərsu” ASC-nin mətbuat xidməti şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “+70 Dədə Qorqud” su anbarının çıxış xətlərindən birində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Hövsan qəsəbəsinə içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək.

 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR