Bank Of Baku

Bu gün Nərimanov rayonunda içməli su məhdudiyyətlərlə veriləcək

Bu gün Nərimanov rayonunda içməli su məhdudiyyətlərlə veriləcək
# 02 iyul 2013 10:41 (UTC +04:00)

Bakı. Aynur. Əliyeva - APA-Economics. Bakının Nərimanov rayonunun bir hissəsinə içməli su fasilələrlə veriləcək.

 

“Azərsu” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumatına görə, hazırda Nərimanov rayonu Xan Şuşinski küçəsində yeni çəkilmiş 280 mm diametrli su xəttinin Akademik Həsən Əliyev küçəsindən keçən 500 mm diametrli magistral xəttə birləşdirilməsi işləri aparılır.

 

Bununla əlaqədar iyulun 2-də gün ərzində Nərimanov rayonunun bir hissəsinə (H.Əliyev, S.Vurğun, X.Şuşinski, C.Məmmədquluzadə küçələri) içməli su məhdudiyyətlərlə veriləcək.

 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR