Bakı - APA-Economics. Bakı şəhəri Xətai rayonunun Nobel prospektində aparılan abadlıq işləri ilə əlaqədar ərazidən keçən 400 mm diametrli magistral su xəttinin yeri dəyişdirilib.
“Azərsu” ASC-nin mətbuat xidməti şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, hazırda magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.
Bununla əlaqədar bu gün Xətai rayonunun Nobel prospekti boyunca bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.