Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın «Elektron hökumət» portalına daxil olanların sayı 243 557 təşkil edib ki, onların 38,7%-i portala təkrar daxil olanlardır.
«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, cari ilin ilk yarısında portalda 151 526 nəfər istifadəçi tərəfindən 267 341 xidmətdən istifadə olunub. İyun ayında portala daxil olanların sayı 18 111 nəfər, daxilolmaların sayı 27 556, istifadə edilmiş xidmətlərin sayı isə 73 019 olub.
Bununla yanaşı, iyulun 1-nə istehsal olunmuş elektron imza vəsiqələrinin sayı 14 332 ədəd olub. Hazırda portalda 225 elektron xidmət göstərilir.