Bank Of Baku

DGK sədri: “Vətəndaşların komitəyə işə qəbulla bağlı müraciətləri üstünlük təşkil edir”

DGK sədri: “Vətəndaşların komitəyə işə qəbulla bağlı müraciətləri üstünlük təşkil edir”
# 31 may 2013 11:39 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Son illər vətəndaşların Dövlət Gömrük Komitəsinə (DGK) müraciətlərinin 90%-i işə qəbulla bağlıdır. Bunu jurnalistlərə DGK sədri Aydın Əliyev bildirib.

 

Onun sözlərinə görə, işə qəbulla bağlı komitəyə müraciət edənlər üstünlük təşkil edir. Komitə sədri həmçinin idxal-ixrac, vergilərin hesablanması ilə bağlı müraciətlərin də olduğunu qeyd edib: “Vətəndaşlara mövcud qanunvericiliyin tələbləri izah olunur. Gömrük əməkdaşları tərəfindən qanun pozuntuları aşkar olunduğu təqdirdə, daxili nəzarət idarəsini tərəfindən müvafiq tədbirlər görülür”.

 

Qeyd edək ki, bu gün DGK sədri Xaçmazda vətəndaşları qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR