Bank Of Baku

Dünya Bankı Bakı şəhərində məişət tullantılarının idarə edilməsi Layihəsinə əlavə 47 mln. dollar ayırıb

Dünya Bankı Bakı şəhərində məişət tullantılarının idarə edilməsi Layihəsinə əlavə 47 mln. dollar ayırıb
# 28 iyun 2013 12:02 (UTC +04:00)

«APA-Economics»in DB-ya istinadən verdiyi məlumata görə, layihə uğurla davam etdirilir və artıq müəyyən nəticələr əldə olunub. Belə ki, layihə çərçivəsində Bakı şəhərində qanunsuz zibillik və tullantı əraziləri 80% azaldılıb. Eyni zamanda, paytaxtda tullantıların idarə edilməsi orqanları tərəfindən xidmət göstərilən əhalinin sayı 15% artıb.

 

DB tərəfindən Azərbaycana ayrılan əlavə vəsait tullantıların emalı və Balaxanı poliqonunun bərpası və idarə edilməsinin dəstəklənməsinə yönəldiləcək.

 

DB-nın apardığı hesablamalara əsasən, Bakı şəhərində hər il 1,8 mln. ton bərk məişət tullantıları toplanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR