Bakı. Aynur Əliyeva – APA-Economics. Əfqanıstan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Vahidullah Vaissinin başçılıq etdiyi nümayəndə heyəti nəqliyyat nazirinin müavini Musa Pənahovla görüşüb.
Nazirlikdən “APA-Economics”ə daxil olan məlumata görə, M. Pənahov yol-nəqliyyat kompleksində aparılan islahatlardan, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışıb, nəqliyyat sahəsində görülən nəhəng işlər barədə ətraflı məlumat verib. Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən nazir müavini bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayıb.
Öz növbəsində Azərbaycanda nəqliyyat sektorunda əldə edilən uğurlardan, reallaşdırılan iri layihələrdən xəbərdar olduqlarını vurğulayan V. Vaissi ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə, həmçinin Əfqanıstan tərəfinin Qara Dəniz Dəhlizi təşəbbüsü barədə ətraflı məlumat verilib, çoxtərəfli formatda beynəlxalq nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.