Bakı. Nicat Mustafayev - APA-Economics. İyunun 9-15-də Əfqanıstanın kommunikasiya və informasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi 26 dövlət rəsmisindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.
«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, Əfqanıstanın nümayəndə heyəti Azərbaycanın dövlət qurumlarında, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində görüşlər keçirəcək.
Baş tutacaq bu səfərin məqsədi inkişaf naminə e-idarəçilik potensialından istifadə olunmasında Azərbaycanın təcrübəsini öyrənmək və onların Əfqanıstanda tətbiqi perspektivlərini müzakirə etməkdir.