Bank Of Baku

Əhməd Əhmədzadə: “Azərbaycanda hər bir ölkənin qibtə edə biləcəyi meliorasiya sistemi qurulub”

Əhməd Əhmədzadə: “Azərbaycanda hər bir ölkənin qibtə edə biləcəyi meliorasiya sistemi qurulub”
# 05 iyun 2013 08:34 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanda son 2 ildə 900 km-dən artıq bəndlərdə yenidənqurma işləri aparılıb.

 

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.

 

Azərbaycanda hər bir ölkənin qibtə edə biləcəyi meliorasiya sisteminin qurulduğunu deyən Ə.Əhmədzadə bunu rusiyalı həmkarlarının etiraf etdiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi həyata keçirilir. Eyni zamanda Şəmkirçay su anbarı inşa edilir. Bu layihələr Azərbaycan iqtisadiyyatı üçün vacibdir.

 

Ə.Əhmədzadə Azərbaycanda suvarma sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdirildiyini, bu məqsədlə prezidentin ehtiyat fondundan da vəsait ayrıldığını vurğulayıb.

 

Qeyd edək ki, bu gün melioratorlar günü münasibətilə «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin əməkdaşları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR