Bank Of Baku

Əhməd Əhmədzadə: “Sərsəng su anbarının işğal olunması cəbhə bölgələrində yaşayan əhalini böyük çətinliklərlə üz-üzə qoyub”

Əhməd Əhmədzadə: “Sərsəng su anbarının işğal olunması cəbhə bölgələrində yaşayan əhalini böyük çətinliklərlə üz-üzə qoyub”
# 05 iyun 2013 08:12 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA-Economics. «Biz dəfələrlə beynəlxalq təşkilatların və qonşu dövlətlərin vasitəsilə müraciət ünvanlamışıq ki, ermənilər su ilə müharibə etməsinlər». “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə deyib.

 

Ə.Əhmədzadənin sözlərinə görə, bu müraciətlər nəticəsiz qalıb: “Ermənilər öz bildiklərini həyata keçirirlər”.

 

ASC sədri qeyd edib ki, ermənilərin işğalı altında olan Sərsəng su anbarının taleyi müharibənin gedişindən asılıdır: «Bu su anbarının işğal olunması cəbhə bölgələrində yaşayan əhalini böyük çətinliklərlə üz-üzə qoyub. Bunun qarşısını almaq üçün biz həmin ərazilərdə artezian quyuları qazırıq».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR