Bakı. Aynur Əliyeva – APA-Economics. “Azərpoçt” MMC yaxın zamanlarda mikro kreditlərin verilməsi üçün lisenziya almaq təklif ilə çıxış edib.
“APA-Economics”in məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin 6 ayının yekunları ilə bağlı keçirilmiş kollegiya iclasında nazir Əli Abbasov bildirib.
“Yəqin ki, əmanətlərin qəbuluna yox, kreditlərin verilməsinə lisenziya almaq mümkün olacaq. Öz vəsaitlərimiz hesabına təxminən 2-3 mln. manatlıq pilot layihələrə başlamaq lazımdır. Mikro kreditləri öz vəsaitlərimiz hesabına verək ki, riski vətəndaşların üzərinə qoymayaq”, – deyə Ə. Abbasov qeyd edib.