Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Ötən il Azərbaycanın ilk telekommunikasiya peyki (“Azerspace-1”) 9-10 mln. ABŞ dolları həcmində xidmət ixrac etdiyi halda, bu il bu rəqəmin 15 mln. dollar səviyyəsində olacağı gözlənilir”.
“APA-Economics”in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, regionda olan bir çox peyklərin içərisində “Azerispace-1” öz keyfiyyəti, əhatə dairəsi və xidmətinə görə fərqlənir: “Bu gün 100-dən çox telekanal və xüsusi rabitə sistemləri “Azerispace-1”ə qoşulub”.