Bank Of Baku

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şirvanda vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şirvanda vətəndaşları qəbul edəcək
# 23 may 2013 14:46 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı – APA. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov mayın 24-də Şirvan şəhərində Şirvan, Salyan, Neftçala, Hacıqabul, Sabirabad və Saatlı  rayonları əhatə olunmaqla vətəndaşların qəbulunu keçirəcək.

 

Komitənin mətbuat xidmətindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, qəbul saat 10.00-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər şöbəsinin inzibati binasında keçiriləcək.

 

Qəbulda dövlət əmlakının səmərəli istifadə edilməsi, özəlləşdirilməsi və icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması istiqamətində vətəndaşların müraciətlərinə baxılacaq, qaldırılan məsələlər komitənin əməkdaşlarının iştirakı ilə araşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR