Bank Of Baku

Gələn il Bakıda İnnovasiya Mərkəzinin binası istifadəyə veriləcək

Gələn il Bakıda İnnovasiya Mərkəzinin binası istifadəyə veriləcək
# 28 fevral 2018 13:02 (UTC +04:00)

"2019-cu ilin sonuna qədər Bakıda Yüksək Texnologiyalar Parkının nəzdində müasir İnnovasiya Mərkəzinin binası istifadəyə veriləcək".

 

"APA-Economics" xəbər verir ki, bunu "Microsoft İnnovasiya Forumu - 2018"də çıxışı zamanı Yüksək Texnologiyalar Parkının rəhbəri Tural Kərimli bildirib. Onun sözlərinə görə, mərkəzin 7000 kvadratmetr ərazisi olacaq: "Bəzi şirkətlərə biz rezident statusu verəcəyik və bunun nəticəsində onlar vergi güzəştlərinə sahib olacaqlar. 2018-ci il ilə bağlı biz "Yol xəritəsi" hazırladıq. Bu "Yol xəritəsi"ndə əsas məqsəd startapların kəmiyyəti ilə yanaşı, həm də keyfiyyətinə nail olmaq və innovasiyalar mühitinin daha da inkişaf etməsi üçün ekosistemin yaradılmasına nail olmaqdır. Bunun üçün nazirliyin nəzdində bir neçə müəssisə var ki, onlar bu ekosistemin tərkib hissəsinə çevrilərək startap layihələrinin inkişafında daha yaxşı mühitinin yaradılmasına səbəb olacaq. Hal-hazırda bizim inkubasiya mərkəzində 33 startap layihəsi var ",- deyə T.Kərimli vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR