Bank Of Baku

Gəncədə yeni təmir edilən yeraltı keçid istifadəyə verilib - FOTO

Gəncədə yeni təmir edilən yeraltı keçid istifadəyə verilib - <span style="color: red;">FOTO
# 14 iyul 2014 13:34 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncənin Heydər Əliyev prospektində yeraltı keçidin açılış mərasimi olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bir neçə ay əvvəl başlayan təmir işləri yekunlaşıb və keçid bu gün istifadəyə verilib.

 

Açılış mərasimində şəhər ictimaiyyətinin nümayəndələri, Gəncə Dövlət Universitetinin (GDU) tələbə və müəllim kollektivi iştirak edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək bildirib ki, yeraltı keçidlərin bərbad vəziyyətdə olması səbəbindən sakinlər avtomobil yolu ilə hərəkət etmək məcburiyyətində qalıb. Ona görə də tələbələrin və yol ilə hərəkət edənlərin gediş gəlişini  yaxşılaşdırmaq üçün keçid təmir edilib.

 

E.Vəliyev qeyd edib ki, sentyabr ayının 15-ə kimi Şah İsmayıl Xətai prospektində, Azərbaycan Texnologiya Universitetinin qarşısında olan keçid də təmir edilərək istifadəyə veriləcək: “Gəncə şəhərində ötən əsrin 80-ci illərində 3 yeraltı keçid inşa edilib. Ancaq bu yeraltı keçidlərin hamısı yararsız halda idi və demək olar ki, istifadə olunmurdu. Təxminən bir il əvvəl bunlardan ancaq şəhərin mərkəzindəki keçid əsaslı sürətdə təmir edilmişdi. Bu gün isə ikinci keçid təmir edilərək istifadəyə verilib”.

 

Keçid Azərbaycanlı şairə qadın Məhsəti Gəncəvinin adını daşıyır. Keçidin 4 tərəfdən girişində şairənin mozaikadan hazırlanan şəkli vurulub. Keçidin daxilində isə divarda Məhsəti Gəncəvinin rübailərindən parçalar əks olunub. Keçid işıqlandırma və havalandırma sistemi, həmçinin müşahidə kameraları ilə təchiz olunub. Keçid 2200 kvadrat metr divar və döşəmə qranitlə üzlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR