Bu ilin yanvar-fevral aylarında Gürcüstan ərazisi ilə 5,5 mln. ton yük daşınıb.
APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, bu həcm ötən ilin analoji dövrü ilə müqayisədə 0,3 mln. ton azdır.
Hesabat dövründə yüklərin hava nəqliyyatı ilə daşınmasında kəskin azalma qeydə alınıb. Belə ki, cari ilin yanvar-fevral aylarında hava nəqliyyatı ilə daşınan yüklərin həcmi illik müqayisədə 3,5 mln. ton azalaraq 2,5 mln. ton təşkil edib.
Avtomobil yolları ilə 3,9 mln. ton, dəmir yolları ilə isə 1,5 mln. ton (illik müqayisədə 0,4 mln. ton az) yük daşınıb