Bakı. Aynur Əliyeva – APA-Economics. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurası Fondun elan etdiyi 1-ci qrant müsabiqəsinin qalibləri müəyyən edib. Müsabiqə çərçivəsində Fonda 194 layihə daxil olub.
“APA-Economics”ə Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 106-sı ilkin, 59-u isə kompleks ekspertizadan keçərək, yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edilib. Müşahidə Şurası təqdim olunan 59 layihədən 31 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib.
1-ci qrant müsabiqəsində qalib gələn layihələrə aşağıdakılar daxildir: 3I, Aeronaviqasiya təminatı üçün çoxölçülü trenajor sisteminin yaradılması, Azərbaycanda e-hökumətin inkişaf modeli əsasında elektron xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi, Buta CMS, Car Doctor, Cərimələrin avtomatlaşdırılması, CoLi, Doctormap, ECM – Uyğunluğun İdarəolunması üzrə Mühəndis Proqram Təminatı, e-Layihə, eÖS, Eticaret.az, Əlifbanı Öyrənirəm, GOUP, Həkimə dəstək kompüter proqramı, HiPassenger, İntellektual sistemlərin rəqəmsal kitabxana şəbəkəsinə tətbiqi, İsmayıllı Elektron Turizm Portalı, Knowledge Yard Hospital İnformasiya Sistemi, Mülki təyyarələrdə uçuşdan qabaq qəza vəziyyətlərinin gizli dövrünün noise-monitorinq sisteminin yaradılması, My Baku, Radiosignal mənbələrinin xüsusiyyətlərinin identifikasiyası üçün metod, alqoritmlər və proqram təminatının işlənməsi, Salut, Səhiyyənin İntellektual İdarəsi Mərkəzi, SocialTRENDS, Socset.com, Smart kartla mobil imza, SmartMenu, Təhlükəsizlik məqsədləri üçün Germanium/Silisium əsaslı iki zolaqlı görüntü sensorları, ULC Computing Systems, Wetravel.