Bank Of Baku

İyulun 6-dan Azərbaycanın ilk milli peykindən 30-dan çox beynəlxalq və regional televiziya kanallarının yayımına başlanıb

İyulun 6-dan Azərbaycanın ilk milli peykindən 30-dan çox beynəlxalq və regional televiziya kanallarının yayımına başlanıb
# 08 iyul 2013 13:37 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

 

Məlumata əsasən, yeni kanalların qəbul tezliyi - 11094 MHs, horizontal polyarizasiya, S/R-27500 Mb/svə11135MHs, horizontal polyarizasiya, S/R-27500 Mb/s-dir. Kanalların seçimində dil, yaş, janr qrupları və tamaşaçı kütlələrinin başlıca maraq dairələri nəzərə alınıb.

 

Xatırladaq ki, artıq 1 aydan çoxdur “Azerspace-1” peykindən Azərbaycan paketinə daxil olan televiziya və radio kanalları (AzTV, İdman Azərbaycan TV, Mədəniyyət TV, İctimai TV, CBC Azerbaijan, Xəzər TV və Azad Azərbaycan TV) və bır sıra farsdilli kanallar da yayımlanmaqdadır. Hazırda ümumilikdə Azərbaycan peykindən yayımlanan kanalların sayı 50-yə çatıb və yayımlanan televiziya və radio kanallarının sayının mərhələli şəkildə daha da artırılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR