Bank Of Baku

İyunda icazələrin elektron informasiya portalının xidmətlərindən 8400-ə yaxın istifadəçi yararlanıb

İyunda icazələrin elektron informasiya portalının xidmətlərindən 8400-ə yaxın istifadəçi yararlanıb
# 11 iyul 2014 16:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən iyun ayında 8400-ə yaxın, indiyədək isə 279 minə yaxın internet istifadəçisi yararlanıb.

 

İqtisadiyyat və sənaye nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iyun ayında yerli istifadəçilərlə yanaşı, əsasən Rusiya, ABŞ, Türkiyə, İtaliya və Almaniyadan olmaqla 37 ölkədən istifadəçilər də portala müraciət edib.

 

Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. İyun ayında 2 qanunvericilik aktının layihəsi olmaqla, indiyədək 18 dövlət qurumunun 140 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalına daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR