Bakı. Musa Əhmədov - APA-Economics. Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri yekunlaşıb.
Bu barədə “APA-Economics”ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Mərkəzdən verilən məlumata görə, təmir işləri başa çatdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.