Bank Of Baku

Mahaçqalada dəmiryolunda partlayış təlükəsi Bakı-Moskva qatarının hərəkətinə təsir etməyib

Mahaçqalada dəmiryolunda partlayış təlükəsi Bakı-Moskva qatarının hərəkətinə təsir etməyib
# 14 iyun 2013 09:54 (UTC +04:00)

«APA-Economics»in «İTAR-TASS» agentliyinə istinadən məlumatına görə, Dağıstanın Daxili işlər Nazirliyindən bildirilib ki, bu gün səhər dəmiryol relslərində əldəqayırma partlayıcı qurğuya oxşayan əşya aşkar edilib.

 

Hazırda hadisə yerində xüsusi xidmətlər işləyir, eləcə də digər partlayıcıların tapılması üçün ətraf ərazilərə baxış keçirilir. Bununla əlaqədar dəmiryolunun bu hissəsində bütün qatarların hərəkəti dayandırılıb.

 

«Azərbaycan Dəmir Yolları» QSC-də qatarların hərəkəti ilə bağlı təhlükənin olmadığını bildiriblər. QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov «APA-Economics»ə bildirib ki, Moskva-Bakı qatarı bu gün səhər Bakıya təyin olunmuş vaxtda çatıb, axşam isə Bakı-Moskva qatarının qrafikə əsasən yolu düşməsi gözlənilir və bununla bağlı dəyişiklik yoxdur: “Eləcə də dəmiryolunun yuxarıda adı çəkilən hissəsində yük qatarlarının hərəkətində də problem qeydə alınmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR