Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayı ərzində Bakıda inşaat materiallarının qiymətinin aşağı düşməsi davam edib.
«APA-Economics»in məlumatına görə, «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin monitorinq qrupu tərəfindən may ayında Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 37 adda 87 növdə tikinti materialı üzrə növbəti araşdırma aparılıb. Aparılan təhlillərə əsasən, əvvəlki ayda başlayan qiymət azalması may ayında da davam edib. İstər idxal, istərsə də ixrac məhsullarında çeşid bolluğunun hökm sürməsi may ayı üçün xarakterik olub. Ay ərzində əsasən Rusiyadan idxal edilən dikt və dəmir materiallarının qiymət azalması ilə yadda qalıb. Qiymət düşməsi dikt materiallarının bütün növlərində baş verib: «Dəmir materiallarının da qiymətində baş verən azalma əsasən dəmir boruların (-1,2%), şveller (-1,6), künyə (-1,1%) və sink təbəqələrin (-1,4) satışında müşahidə edilib. Sahibkarlar qiymət azalmalarını tikinti mövsümünün davam etməsi səbəbindən idxalın çox olması ilə əlaqələndiriblər».
Ümumilikdə ötən ay daha çox 12 adda, 34 növdə tikinti materialı üzrə qiymətlərdə azalma olub, 3 adda 9 növdə məhsul üzrə qiymət artımı müşahidə edilib. Nəticədə, araşdırılan materiallar üzrə qiymət dəyişməsi ümumilikdə 0,28% azalma təşkil edib. Ötən rübün müvafiq dövrünə nisbətdə bu fərq 2,7%, ötən illə müqayisədə isə 3,3% azalma ilə müşahidə edilib. Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan məhsulların bazardakı həcmi, əvvəlki ayla müqayisədə, idxal məhsullarını 1,15% üstələyərək 53,5% olub.
Qiymət azalması müşahidə edilən tikinti materialları
|
|
Materialın adı |
Ölçü vahidi |
Miqdarı |
Dinamika, % |
|
1 |
Taxta |
kub.m |
1 |
-2,7 |
|
2 |
Dikt |
ədəd |
1 |
-0,4 |
|
3 |
DVP |
ədəd |
1 |
-0,7 |
|
4 |
Şveller |
metr |
1 |
-1,6 |
|
5 |
Künyə |
metr |
1 |
-1,1 |
|
6 |
Dəmir boru |
metr |
1 |
-1,2 |
|
7 |
Sink təbəqə |
ədəd |
1 |
-1,4 |
|
8 |
Şüşə |
kv.m |
1 |
-0,5 |
|
9 |
Laminat-parket |
kv.m |
1 |
-6,2 |
Qiymət artımı müşahidə edilən inşaat materialları
|
|
Materialın adı |
Ölçü vahidi |
Miqdarı |
Dinamika, % |
|
1 |
Bitum |
kq |
15 |
0,2 |
|
2 |
Mismar |
kq |
1 |
0,8 |
|
3 |
Penoplast |
qutu |
1 |
0,6 |