Bank Of Baku

Moskva hökuməti Azərbaycan və Belarus şirkətləri ilə metro tikintisi üçün birgə müəssisələr yaradıb

Moskva hökuməti Azərbaycan və Belarus şirkətləri ilə metro tikintisi üçün birgə müəssisələr yaradıb
# 13 iyun 2013 13:03 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA-Economics. Moskva hökuməti Azərbaycan və Belarus şirkətləri ilə paytaxt metronun tikintisi üçün birgə müəssisələr yaradıb.

 

APA-Economics”in Lenta.ru-ya istinadən xəbərinə görə, Moskva hökumətinə məxsus “Mosinjproekt” şirkəti “Minskmetrostroy” MMC və “Evrasstroy” MMC adlı birgə müəssisələr yaradıb. Birinci müəssisənin səhmlərinin 49%-i Belarusun “Minskmetrostroy” şirkətinə, ikinci müəssisənin səhmlərinin 49%-i isə Azərbaycanda qeydiyyata alınmış “Evrascon” şirkətinə məxsusdur.

 

Moskva merinin müavini səlahiyyətlərini icra edən Marat Xusnullin bildirib ki, Moskva paytaxtının hökuməti faktiki olaraq MDB məkanının metro inşaatçılarını bir yerə toplayıb.

 

Qeyd edək ki, 2015-ci ilədək Moskvada 33 yeni metro stansiyasının tikintisi və 60 km tunel çəkilməsi planlaşdırılır. 2020-ci ilədək isə bu göstəricilər müvafiq olaraq 67 stansiya 145,5 km tunel olacaq. Nəticədə Moskva metrosunun  stansiyalarının sayı 249-a, xətlərin uzunluğu isə 450 km-ə çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR