Bank Of Baku

Moskvada «Avtoekzotika» beynəlxalq avtomobil sərgisi keçirilir - FOTOSESSİYA

Moskvada «Avtoekzotika» beynəlxalq avtomobil sərgisi keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 06 iyul 2013 14:07 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Moskva şəhərində «Avtoekzotika-2013» beynəlxalq avtomobil şousuna start verilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, «Lujniki» idman arenasında keçirilən şouda dünyanın müxtəlif ölkələrindən yüzlərlə unikal avtomobil nümayiş olunur.

Nümayiş olunan modellər sırasında qeyri-adi tüninq olunmuş idman avtomobilləri, retro avtomobillər və motosikletlər var.

Şounun açılış mərasimində «Porshe» traktoru, dünyada ilk elektromobil «Waverly», dünyanın ən sürətli superavtomobili «Buggati Veyron», 75 nüsxə istehsal olunmuş unikal dizaynlı «McLaren Mercedes Stirling Moss» və digər bahalı avtomobillər nümayiş olunur.

Qeyd edək ki, «Avtoekzotika-2013» beynəlxalq avtomobil şousu iyulun 7-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR