Bank Of Baku

Naxçıvanda mobil rabitədən 10 mln. manatdan çox gəlir əldə olunub

Naxçıvanda mobil rabitədən 10 mln. manatdan çox gəlir əldə olunub
# 19 aprel 2018 09:04 (UTC +04:00)

Cari ilin ilk rübündə muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılıb, Şərur rayonunun Ərəbyengicə kəndində yeni poçt bölməsi istifadəyə verilib, Culfa rayonunun Dizə kəndindəki poçt bölməsi yeni binaya köçürülüb.

 

APA-Economics”in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, Şərur rayonunun Ərəbyengicə kəndində 288 nömrə tutumlu avtomat telefon stansiyası quraşdırılıb, Culfa rayonunun Dizə kəndində 384 nömrə tutumlu avtomat telefon stansiyası yeni binaya köçürülüb.

 

Culfa rayonunun Yaycı və Əbrəqunus kəndlərinin avtomat telefon stansiyalarının hər birində 2, Babək rayonunun Zeynəddin, Güznüt, Cəhri, Yuxarı Uzunoba kəndlərinin və Babək qəsəbəsinin, Culfa rayonunun Dizə və Ərəzin, Kəngərli rayonunun Şahtaxtı kəndlərinin və Qıvraq qəsəbəsinin avtomat telefon stansiyalarının hər birində 1 ədəd DSLAM avadanlığı quraşdırılaraq əhalinin genişzolaqlı internet xidmətindən istifadəsi genişləndirilib. Bu dövr ərzində Naxçıvan Muxtar Respublikasının elektron hökumət portalının yenilənməsi davam etdirilib.

 

Cari ilin ilk rübündə muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2017-ci ilin müvafiq dövründəki göstəricini 1,6% üstələyərək 12 mln. 688 min 200 manat olub. Ümumi xidmətlərin 80,9%-i mobil rabitənin payına düşüb. Mobil rabitə xidmətlərinin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR