Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakının Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Z. Bünyadov prospekti ilə Ə. Rəcəbli küçələrinin kəsişmələrindən keçən 1000 mm diametrli magistral su xəttinin yenidən qurulması ilə əlaqədar bu gün iyulun 10-da gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.