"2017-ci ildə 1400-dən artıq yeni şirkət öz rabitəsini "Azercell"ə etibar edərək korporativ müştərilər sırasına qoşulub".
"APA-Economics" xəbər verir ki, bunu 2017-ci il fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev deyib.
"2017-ci ildə "Azercell"in korporativ müştəriləri arasında smartfon istifadəçilərinin sayı ötən illərlə müqayisədə 9%, 4G-dən istifadə isə 54% artıb, əvvəlki illə müqayisədə isə 55% daha çox internetdən istifadə edilib. Bundan başqa, LTE dən istifadə 2 dəfə artıb", - deyə V.Mürsəliyev vurğulayıb.