Bank Of Baku

Ötən il Bakı Metropoliteninə 36,5 mln. manat dövlət investisiyası yatırılıb

Ötən il Bakı Metropoliteninə 36,5 mln. manat dövlət investisiyası yatırılıb
# 07 mart 2018 09:28 (UTC +04:00)

2017-ci ildə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu üzrə ayrılmış 36,5 mln. manat vəsait hesabına "Bakı Metropoliteni" QSC-nin “Dərnəgül” elektrik deposunun, III yeni xəttin “Xocəsən deposu” – “Avtovağzal”, “B-3”, “B-4”, “B-5” sahələrinin, Bakı metropoliteni xətlərinin IV növbəsinin “Xətai” – “H.Aslanov-2” – “Yeni Günəşli” sahəsinin tikintisi davam etdirilib.

 

"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

 

Hesabatda qeyd olunub ki, ötən il  istismarda olan “Xətai – C.Cabarlı” mənzil tunellərində sağlamlaşdırma işləri aparılıb, “Xətai” stansiyasının sağ tunelində işlər başa çatdırılıb, sol tunelində isə işlər davam etdirilib.

 

Həmçinin, “Sahil” stansiyasında əsaslı təmir və istismar müddəti başa çatan eskalatorların yenisi ilə əvəz olunması işlərinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR