Bank Of Baku

Qalada «Tullantıdan Sənətə» beynəlxalq sərgisi keçiriləcək - FOTOSESSİYA

Qalada «Tullantıdan Sənətə» beynəlxalq sərgisi keçiriləcək - <span style="color: red;">FOTOSESSİYA
# 14 iyun 2013 09:35 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. İyunun 16-20-də «Qala» Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə «Təmiz Şəhər» ASC, «Qız Qalası» qalereyası və «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən «Tullantıdan sənətə» II beynəlxalq sərgisi keçiriləcək.

 

«Təmiz Şəhər» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, müxtəlif ölkələrindən onlarla sənətkar əşyaları atmazdan əvvəl cəmiyyəti bir daha fikirləşməyə sövq edəcək incəsənət əsərləri ilə sərgidə çıxış edəcək.

 

«Sərginin bir çox zəngin maddi mədəniyyət nümunələrinin qorunub saxlandığı Qala Qoruğunda keçirilməsi insanların dünən yararsız hesab etdikləri əşyaların sabahın dəyərli bir sənət nümunəsi olduğunun vurğulanmasına xidmət edir. Həmçinin, beynəlxalq tədbir Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması və utilizasiyası işinin təşkilinə sakinlərin dəstəyini təmin etmək baxımından böyük əhəmiyyətə malikdir. Tullantıdan sənət nümunələri yaratmaq bu günün klişelərinə və qaydalarına etiraz kimi qiymətləndirilir. Bu trendin nümayəndələri istifadəyə yararsız və gərəksiz hesab edilən əşyaları sənət əsərinə çevirərək izləyiciləri heyrətə gətirəcəklər», - deyə ASC-dən bildirilib.

 

Sərgidə Azərbaycan rəssamları ilə yanaşı, Fransa, İtaliya, Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Benin, Albaniya, Ukrayna, Qazaxıstan, Belarus, İsrail, Özbəkistan, Tacikistan, Türkiyə və Rusiya kimi ölkələrin incəsənət nümayəndələri iştirak edəcək.

 

Ötən ilin iyun ayında Qala qəsəbəsində keçirilən «Tullantıdan Sənətə» sərgisindən fərqli olaraq, bu ilki sərginin formatı hazır sənət nümunələrinin nümayişi şəklində yox, tullantının sənət əsərinə çevrilməsinin möcüzəvi prosesini əyani şəkildə izləməyə imkan yaradacaq. Belə ki, sərginin 24 iştirakçısı öz əsərləri üzərində elə pavilyondaca işləyəcəklər.

 

Sərgidə iştirak etmək istəyən hər kəs dəvətlidir. Sərgini ziyarət etmək istəyənlərin Qala Qoruğuna gediş-gəlişini təmin etmək üçün təşkilatçılar tərəfindən avtobuslar təmin olunacaq. Ziyarətçilər iyunun 17-dən 19-dək hər gün saat 12:00 və 15:00-da Qoşa Qala qapısı önündən yola düşən avtobuslar vasitəsilə Qala qoruğuna gedə bilərlər.

 

Qeyd edək ki, artıq ənənə halını almış beynəlxalq tədbir Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə «Təmiz Şəhər» ASC tərəfindən həyata keçirilən Qala qəsəbəsində tullantıların idarəolunması sisteminin müasir standartlara uyğun qurulması üzrə pilot layihəsinin maarifləndirmə proqramı çərçivəsində keçirilir. Ötən ilin iyunun 1-dən 10-dək keçirilən sərginin şəkilləri ilə fotosessiyada tanış olmaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR