Bank Of Baku

QDİƏT ölkələrinin nəqliyyat nazirlərinin toplantısı keçirilib

QDİƏT ölkələrinin nəqliyyat nazirlərinin toplantısı keçirilib
# 30 may 2013 13:15 (UTC +04:00)

Bakı – APA-Economics. Mayın 28-29-da Odessa şəhərində (Ukrayna) Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Nəqliyyat üzrə İşçi Qrupunun növbəti iclası və üzv dövlətlərin nəqliyyat nazirlərinin görüşü keçirilib.

 

Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, toplantıya QDİƏT üzvü olan dövlətlərin nəqliyyat nazirləri ilə yanaşı dünyanın aparıcı beynəlxalq təşkilatlarının nümayəndələri də qatılıblar. Tədbirin keçirilməsində əsas məqsəd Qara dəniz regionunda multimodal daşımaların perspektivlərinin müzakirəsi olub. Bununla belə, toplantı iştirakçıları digər aktual nəqliyyat məsələləri ətrafında da fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycanın Nəqliyyat Nazirliyi də təmsil olunub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR