Bakı. Anaxanım Hidayətova-APA. Çeçenistan Respublikasının Nəqliyyat və Rabitə Nazirliyi Atırau və Bakıya beynəlxalq avtobus reysləri açmağa hazırlaşır. APA-nın “Kazinform”a istinadən yaydığı məlumata görə, nazir Ramzan Çerxiqov hazırda bu reyslərin açılması üçün Azərbaycan və Qazaxıstan tərəfi ilə danışıqlar aparıldığını deyib.