Bank Of Baku

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir xidməti elektronlaşdırılıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir xidməti elektronlaşdırılıb
# 16 iyul 2014 14:29 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) elektronlaşdırılan xidmətlərinin siyahısına yenisi əlavə edilib.

 

Nazirlikdən “APA-Economocs”ə verilən məlumata görə, yeni elektronlaşdırılan “CDMA şəbəkəsinə qoşulma” xidməti “Elektron hökumət” portalı üzərindən təqdim olunacaq.

 

Sözügedən xidmət vasitəsilə vətəndaşlara CDMA simsiz rabitə xidməti şəbəkəsinə qoşulma üçün elektron qaydada rahat və asan şəkildə müraciət etmək imkanı yaradılıb.

 

Bununla da RYTN-in “Elektron hökumət” portalına inteqrasiya olunan elektron xidmətlərinin sayı 34-ə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR