Bank Of Baku

Şəki və Xaçmazda “Dövlətin daşınmaz əmlakının idarə edilməsi sahəsində Avropa ölkələrinin təcrübəsi” mövzusunda seminarlar keçirilib

Şəki və Xaçmazda “Dövlətin daşınmaz əmlakının idarə edilməsi sahəsində Avropa ölkələrinin təcrübəsi” mövzusunda seminarlar keçirilib
# 05 iyun 2013 12:10 (UTC +04:00)

Bakı - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə əməkdaşlığı çərçivəsində iyunun 4-də Şəki şəhərində, 5-də isə Xaçmaz şəhərində “Dövlətin daşınmaz əmlakının idarə edilməsi sahəsində Avropa ölkələrinin təcrübəsi” mövzusunda seminarlar keçirilib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, seminarlarda komitənin mərkəzi aparatının və müvafiq regionlarda fəaliyyət göstərən ərazi qurumlarının əməkdaşları iştirak ediblər.

 

Seminara bu sahədə beynəlxalq təcrübəyə malik Almaniyalı ekspertlər çıxış edərək bir sıra Avropa ölkələrinin təcrübələrinə əsasən daşınmaz dövlət əmlakının idarə edilməsinin təşkili, daşınmaz əmlaka ictimai ehtiyacların müəyyən edilməsi, əmlakın qiymətləndirilməsi və icarəyə verilməsi mexanizmləri barədə ətraflı məlumat veriliblər. Eyni zamanda dövlət əmlakından istifadənin dayanıqlı inkişaf tələblərinə uyğun həyata keçirilməsi məsələləri açıqlanıb. Tədbirdə dövlətə məxsus daşınmaz əmlakın səmərəli istifadəsi ilə bağlı xaricdə toplanılmış ən yaxşı təcrübələr şərh edilib.

 

Seminarlarda daşınmaz əmlakının idarə edilməsi sahəsində Almaniyada və digər Avropa ölkələrində toplanılmış təcrübənin Azərbaycanda tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb. Tədbirlərin sonunda iştirakçılara sertifikatlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR